Xeyirxah və gülərüz komandamız 24 mart 2025-ci il tarixində Zaqatalada əmanət uşaqlar və analarımızla görüş keçirdi. Bu görüş “Cığır”İB-nin qeydiyyatında olan Zaqataladakı əmanət analardan birinin evində baş tutdu və biz orada qonaq olduq. Könüllülər əmanətlərimiz üçün müxtəlif xalq oyunları təşkil etdilər və tanışlıq oyunu vasitəsilə daha yaxından ünsiyyət qurdular. Analarımız üçün isə ekoçanta üzərində maraqlı bir master-klas keçirildi. Görüşün sonunda əmanət uşaqlara şirniyyat qutusu, kitab dəsti və səccadə, analara isə Quran kitabı hədiyyə olundu. Himayəçilərimizin əmanətləri çatdırıldı,həmçinin ailələrimizə ərzaq paketi verildi. Məkan dəstəyinə görə Qərənfil anaya və xeyirsevər komandamıza dərin təşəkkürümüzü bildiririk!