Rayonlarda iftar süfrələrinin ikinci günü Azərbaycanımızin füsunkar gușəsi Oğuzda keçirildi.

Rayonlarda iftar süfrələrinin ikinci günü Azərbaycanımızin füsunkar gușəsi Oğuzda keçirildi.

23 mart 2025-ci il. Rayonlarda iftar süfrələrinin ikinci günü Azərbaycanımızin füsunkar gușəsi Oğuzda keçirildi. Xeyriyyəçi insanların dəstəyi ilə təşkil olunan bu məclisdə 16 əmanət ușaq, 12 ana, 11 gənc könüllü iştirak etdi. Könüllülər əmanət uşaqlar üçün Davud peyğəmbərin həyatından bəhs edən tamașa göstərdilər. Əmanətlər üçün xalq oyunları, analara isə ekoçantalar üzərində master-klas keçirildi. Sonda analara müqəddəs Quran kitabı, ușaqlara isə şirniyyat qutusu, kitab dəsti və səccadə hədiyyə edildi.
İftar süfrəsi sevgi və birlik dolu anlarla tamamlandı. Süfrədən sonra uşaqlara șirniyyat qutuları, kitab dəstləri və səccadələr təqdim olundu.
Uzaq yol fəth edən könüllü komandamıza məkan dəstəyi verən və əmanətlərimizin sevincinə səbəb olan hər kəsə dərin təşəkkürümüzü bildiririk.