“Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsi çərçivəsində ailələrimiz ilə növbəti mütaliə görüşü keçirildi.

“Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsi çərçivəsində ailələrimiz ilə növbəti mütaliə görüşü keçirildi.

“Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsi çərçivəsində ailələrimiz ilə mütaliə görüşü keçirildi.
Tədbir layihənin fəal könüllüləri tərəfindən təşkil olundu və Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” əsəri üzərində aparıldı.
Ümumilikdə üç ayrı qrup üzrə keçirilən mütaliələrdə uşaqlara “Balaca şahzadə” kitabı hədiyyə edildi. Görüş zamanı əsərin əsas ideyaları, simvolik mənaları və insani dəyərlər barədə maraqlı müzakirələr aparıldı, uşaqlarla onların xəyal dünyalarını əks etdirən şəkillər çəkildi.
Qeyd etmək istəyirik ki, usaqlarla yanaşı onların anaları ilə də mütaliə təşkil olundu.
Uşaqlar və analar kitabın qəhrəmanları ilə özlərini müqayisə edərək, həyat dərsləri üzərində düşünməyə təşviq olundular.
Layihənin əsas məqsədi mütaliə vərdişlərinin formalaşdırılması, oxunulan əsərin oxucunun öz həyatına tətbiq edə bilmək bacarığını formalaşdırmaq, yaradıcı təfəkkürü dərinləşdirmək və ailəvi oxu mədəniyyətinin təşviq etməkdir.