Cığır’ın “Mənim məqsədim” proqramı iki istiqamətdə həyata keçirilir. Abituriyent oğlanlar və abituriyent qızlarla. Bu dəfəki qonağımız gənc qızlarımızdı, onların məqsəd axtarışı uğrunda birliyimizin dəstəyi və 3günlük dolu-dolu keçirilən proqramda həyat, onun anlamı, məna axtarışı, məqsədlərin formalaşdırılması Bu istiqamətdə gənclər bir sıra layihələrin birbaş iştirakçısına çevrilir, görüşlərdən faydalanır, Sənətsəl terapiya, piknik, təhsil təqaüdünün toplanmasında küçə satışlarının təşkili, bir bitkinin böyüməsində keçilən yollar və o yolların həyatla qarşılaşdırılması.. Düşünürük ki, bu təəssüratlar, bilgilər gənc qızlarımızın təhsil cığırında mən nə üçün oxuyuram?, nə üçün təhsil almalıyam? kimi bir çox suallara aydınlıq gətirə biləcək, bütün komanda heyətimizlə layihədən gözlənilən ən böyük ümidlər də məhz bundan ibarətdir!