“Cığır” İB eyni zamanda ölkəmizdə mənəvi dəyərlərin inkişafı istiqamətində fəaliyyət göstərən ən böyük könüllü layihələr platformasıdır.
Fəxrlə qeyd edirik ki, birliyimizin hər yaş, kateqoriya, maraq dairəsinə uyğun davamlı və periodik layihələri ölkəmizin sosial həyat prosesinə güclü təsir göstərəcək əhəmiyyətə malikdir.
Bu yay “Cığır” növbəti bir uğur həyata keçirərək AİESEC təşkilatıyla əməkdaşlığı müqabilində qardaş Türk dövlətlərindən və Avropadan könüllü deleqasiyasını qarşılamaqdadır.
Türkiyə, Qazaxıstan, Serbiya, Mərakeş, Portuqaliya ölkə təmsilçiləri yay boyunca həm qonağımız olmaqla bərabər, bizimlə qarşılıqlı böyük təcrübə paylaşımına hazırlaşır.
Proqramın ilk günü könüllü nümayəndələr birliyin könüllüləri, idari heyəti tərəfindən təntənəli qarşılanaraq birliyimiz və iş fəaliyyətimizlə yaxından tanış olma fürsəti qazandılar.
Sabahdan hamılıqla böyük bir proqramın iştirakçısı olacıq.
Gözünüz bizdə olsun.
