Növbəti rayon səfərimiz baş tutdu.

Növbəti rayon səfərimiz baş tutdu.

11-12 oktyabr tarixlərində “Cığır” MDİD İB komandasının cənub bölgələrinə səfəri baş tutdu.
Ev ziyarətləri təşkil olunaraq, Lənkəranda və Şirvanda yeni ailərimizlə tanışlıq səfərimizin həyəcanını daha da artırdı. Həmçinin Astarada və Şirvanda ailələrimiz üçün tədbirlər təşkil olundu, uşaqlar sevə-sevə tədbirimizdə işçi və könüllü heyəti ilə birlikdə səmərəli zaman keçirdilər.
Tədbir zamanı Şirvandakı ailələrimizə kitab dəstləri də hədiyyə etdik.
Hədiyyə etməklə qalmayıb proqramda həm də maarifləndirici oyunlara yer ayırıb, kitab mütaliəsinə zaman ayırdıq, müzakirələr apardıq.
Növbəti səfərimiz isə digər bölgələrimizə, SalyanHacıqabula təşkil edildi. Himayəçilərimizin əmanətlərini ailələrimizə çatdırmaqla səfərimizi tamamladıq.
Geriyə qalan isə gözəl təəssüratlar, uşaqların sevinci və qazanılan yeni təcrübə və biliklər oldu.