Növbəti mütaliə görüşümüz İsmayıllı, Ağdaş uşaqlarımızla həyata keçirildi

Növbəti mütaliə görüşümüz İsmayıllı, Ağdaş uşaqlarımızla həyata keçirildi

Növbəti mütaliə görüşümüz İsmayıllı, Ağdaş uşaqlarımızla həyata keçirildi
Bu dəfə yeni xarici tələbə könüllülərimiz də sıralarımıza qoşuldu.
Könüllümüz, mütaliə görüşlərində ən aktiv iştirakçılarımız balaca dostlara “Balaca şahzadə”nin içindən suallarla müraciət etdi
Cığır birliyinin təsisçisi BDU, Psixologiya müəllimi, birliyin nəzdində İnşirah Psixoloji Mərkəzin rəhbəri Gülnar Rüstəmova, Cığır MDİD birliyinin sədri Nüşabə Hüseynova, eyni zamanda görüşün fəxri qonağı, peşəkar təlimçi olaraq dəvət olunan BDU, İslamşünaslıq elmi mərkəzinin aparıcı elmi işçisi f.ü.f.d Yeganə Mirzəyeva həm uşaqlar, həm analarla mütaliə saatında iştirak edərək düşündürücü təhlillər apardılar, uşaqlarla fəal yaradıcılıq aktivitəsi təşkil etdilər.
İsmayıllı İcra Hakimiyyəti nümayəndəsi də bu gözəl görüşə qatılaraq uşaqlara və komandamıza oxu mədəniyyətinin önəmi, təşviqi haqqında fikirlərini çatdıraraq könüllülərə, xarici tələbə qonaqlara gözəl tövsiyələrini verərək uğurlar arzuladı və bu işin uğurlu və əhatəli təşkilində sevə-sevə xidmət etdiklərini bildirdi.
Daha sonra açıq havada art terapiya , könüllülərimiz tərəfindən aktiv oyunların təşkili uşaqlar, yeniyetmələr arasında Qiraət mədəniyyətinin artırılmasının uşaqların bir şəxsiyyət kimi, cəmiyyətə töhfə kimi formalaşmasında nə qədər ciddi, əhəmiyyətli bir iş olduğunu bir daha təsdiq edir.
İcra Hakimiyyətlərinin bu işdə dəstəyi dövlətimiz üçün əvəz edilməz xidmətdir. Belə bir görüşü israrla komandamızla Ağdaşda həyata keçirməyə, qiraət mədəniyyətinin əks-sədasını yaymağa niyyətliyik.
Biz də öz növbəmizdə İsmayıllıda açıq havada Heydər Əliyev parkında belə bir görüşün təşkilində, parkda sanki bir bayram əhval ruhiyəsi yaradılmasında bizə dəstəkləri üçün İsmayıllı İcra Hakimiyyəti, tədbir təşkili və həyata keçirilməsində dəstəyinə görə xüsusən İcra Hakimiyyəti nümayəndəsi Bəhruz bəyə, İsmayıllı Uşaq və Gənclər Mərkəzi, Cəmilə xanım Məmmədəovaya dərin təşəkkürümüzü bildiririk