“Mənim məqsədim” “Elm ümmandır” təhsil təqaüdü proqramının seçim layihəsidir.
Məhz o layihədir ki, birliyin illərlə qeydiyyatında olan gənclər xüsusi seçim mərhələsindən sonra təhsil təqaüdünü qazanmaq adına 3 gün birliyin qonağı olur, müxtəlif təlimlərə, görüşlərə qatılaraq təhsil həyatında uğur qazanmağa çalışır.
Birliyin idarə heyəti ilə səmimi görüşlər, Yeganə Mirzə ilə faydalı söhbətlər onların baxış bucağında yeni üfüqlər açır, universitet həyatına gedən yol, könüllülük yolunun təməli elə “Mənim məqsədim”də məqsədlərin təyinindən başlanır.
Hər bir iştirakçımıza uğurlar arzulayaraq öz bacarıq, qabiliyyətləri ilə təhsil təqaüdü proqramını qazanacaqlarına inanırıq