Məktəb öncəsi rayon səfərimiz Şamaxı, Qəbələ, Şəki, Oğuz, Zaqatala istiqamətində gerçəkləşdi. Yeni ailələrimizə ev ziyarətləri olundu. Uşaqlarla komanda işi üzərindən oyunlar təşkil edilərək kitablar üzərindən söhbətlər aparıldı.
” Tədbir zamanı uşaqlarla vaxt keçirmək çox xoş idi, ən xoşbəxt olduğumuz anlar onların artıq bir-biriləri ilə dost olacaq qədər yaxın və səmimi olmaları, birlikdə vaxt keçirməkdən əylənmələri idi. Ramazanda paylanan kitablarla bağlı keçirdiyimiz qrup işlərində uşaqların kitablar haqqında olan görüşləri kitabı oxumayanları belə oxumaq üçün həvəsləndirdi, həm də özlərini o qədər sərbəst, gözəl və fərqli şəkildə təqdim etmə bacarıqları qrup rəhbərliyi edən könüllüləri də çox sevindirdi.
1-ci siniflərə hədiyyəlik məktəbli çantalarını verdikdə onların sevinci və həyəcanlarını görmək çox gözəl hiss etdirirdi. Hətta İsmayıllıdan olan əmanətimiz Dərya dərs kitablarını belə gətirib bizə göstərdi, çantasına yığdı, onun həyəcanı, səbrsizliklə məktəbi gözləməyi bizdə yenidən məktəb oxumaq istəyi yaratdı
Uşaqlarla kitablar oxuduq , hər şey olduqca maraqlı idi” (könüllümüzün təəssüratları)
Beləcə xeyriyyəçilərimizin əmanətlərini ailələrə çatdıraraq qəlbimizdə min sevinclə onlardan ayrıldıq.