Hər il sentyabr ayı, məktəb ərəfəsi mərkəzimiz uşaqların sevinci, həyəcanı ilə dolub daşır və bu sevinc qəlbdən qəlbə hər birimizə sirayət edir.
Onların sevincinə necə şərik olmayasan, məktəb hər birimizin ana yollarından biridir, bu yol yeni dostluqlara, biliklərə, təcrübələrə cığırlar açacaq. Onlarla uşağımız bu gün ilk çantalarını, dəftərlərini, formalarını sevgiylə qucaqlayaraq yeni duyğular yaşadılar.
Hətta “dərsliklər” birinciləri ilk dəfə “Cığır” da salamladı Könüllülərimiz balacalar üçün canlı kitaba çevrildi.
Nə xoş bu işdə payı olanlara.
Hər birinizə birliyimiz adından təşəkkürümüzü bildiririk.
