Mədəni gəzintilərimiz çərçivəsində bu dəfə əmanətlərimizlə H. Zərdabi adına Təbiət Tarixi Muzeyində qonaq olduq. Geologiya və zoologiya şöbələrindən ibarət muzeyin geologiya bölməsində süxurlar, daşlar və minerallar haqqında məlumat aldıq. Zoologiya bölməsində isə müxtəlif heyvan və həşərat növləri sərgilənirdi. Əmanətlərimizin diqqətini ən çox artıq nəsli tükənmiş heyvanların sümük və fiqurları çəkdi.