Söhbətlərin ən “şirini” əmanətlərimizlə olandır.
Layihənin əsas məqsədi özünə qapanıq olan uşaqlarla zaman keçirmək və səmimi mühit formalaşdırmaqdır. Qrup halında keçirilən layihələrdən fərqli olaraq bu layihədə hər əmanətimizlə fərdi məşğul olmağa daha çox şərait olur.
Bu görüşlər əmanətlərimizə “Cığır“ın geniş bir ailə olduğunu, bu ailənin hər bir fərdinin çox özəl və dəyərli olduğunu göstərəcək.
Layihə zamanı yalnız bir ailənin uşaqları ilə gəzməyə gedilir. Bu səbəbdən də əksər hallarda həm ata, həm də ana himayəsindən məhrum uşaqlar seçilir. Layihənin keçiriləcəyi məkanları seçərkən uşaqlar üçün maraqlı olan, maddi çətinlik səbəbilə uşaqların arzusunda olduqları yerlər seçməyə üstünlük verilir.