Bu gün Mərdəkan ərazisində yaşayan əmanətlərimizlə “Kitab ətri” layihəsində yenidən dəyirmi masa arxasında bir araya gəldik. “Nəsimi 650 illiyi”-nə həsr olunmuş bu görüşümüzdə öz dövrünün sirli mütəfəkkiri, filosof şair Nəsimin həyat və yaradıcılığı barədə müzakirələr apardıq. Yazıçının qəzəlləri arasına səpdiyi toxumlardan çiçək açan fikirləri bir-bir dərdik.
Görüşümüzün baş tutması üçün bizə böyük həvəslə yardım edən Şağan mədəniyyət mərkəzinə səmimi təşəkkürümüzü bildiririk.
