“Biz kitabları deyil, kitablar bizi ortaya çıxarır.” deyərək kitab arıları yetişdirmək missiyasını üzərinə alan “Kitab ətri” layihəsi Suraxanı rayon əmanətləri ilə final mərhələsi keçirdi. Əmanətlər 6 ay boyunca oxuduqları və müzakirə olunan kitabların xülasəsini və “Həyatımda ən dərin iz buraxan kitab” essesini işlədilər. Esse və yazılar dəyərləndirildikdən sonra finala keçən uşaqlar məlum olacaq.