Himayəçilərin dəstəyi ilə şükranlıq və şovqlə bu gün təşkil olunan iftar süfrəsində 26 əmanət uşaq, 16 ana , 15 könüllü və 8 texniki heyət üzvü iştirak etdi.

Himayəçilərin dəstəyi ilə şükranlıq və şovqlə bu gün təşkil olunan iftar süfrəsində 26 əmanət uşaq, 16 ana , 15 könüllü və 8 texniki heyət üzvü iştirak etdi.

27 mart 2025-ci il himayəçilərin dəstəyi ilə şükranlıq və şovqlə bu gün təşkil olunan iftar süfrəsində 26 əmanət uşaq, 16 ana , 15 könüllü və 8 texniki heyət üzvü iştirak etdi. Xeyriyyəçilər də tədbirə qoşularaq, bu xeyirxah işə dəstək verdilər. Tədbirdən əvvəl əmanət uşaqlar üçün tanışlıq oyunu keçirildi və əxlaqi- tərbiyəvi əhəmiyyətə malik səhnəcik nümayiş olundu. Analar isə ekoçanta üzərində keçirilən master-klasda iştirak etdilər. Həmçinin Yeganə İbrahimin “Məktub var…” kitabını mutaliə edərək ,həyatın mənası və faydalı işlər görmək mövzusunda müzakirə apardılar. Tədbirin sonunda uşaqlara şirniyyat qutusu, kitab dəsti və səccadə, analara isə böyük sevinclərinə səbəb olan Quran kitabı və geyim dəsti hədiyyə edildi.