8 fənn (kimya, biologiya, fizika, riyaziyyat, coğrafiya, estetika, ədəbiyyat, psixologiya) əsasında təşkil olunmuş “GÖZƏL DÜŞÜNCƏ” layihəsi yekunlaşdı. Hər bir iştirakçı layihə müddətində öyrəndiklərini öz istedadına uyğun təqdim etdi:
1. Rəsm çəkmək
2. Hekayə yazmaq
3. İnşa yazmaq
4. Slayd hazırlamaq
5. Səhnə hazırlamaq
Hədiyyələr də hər kəsin istedadına uyğun təqdim olundu.
Layihədə ata himayəsindən məhrum 28 uşaq, müəllim kimi 7 könüllü tələbə iştirak etdi.
Bu layihənin hər bir iştirakçının elmə olan marağını, sevgisini artıracağına inanırıq.
Gözəl söz ağacdırsa, gözəl düşüncə toxumdur.