“Əsiri olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir!” ideyası üzərində yazıb-yaradan dahi yazıçımız Hüseyn Cavid haqqında “Gözəl düşüncə” layihəsinin növbəti görüşü keçirildi. Yazarın əsərlərinin ana xəttini təşkil edən qadın, şəxsiyyət və cəmiyyət, İblis kimi mövzuları Quran ayələrində tapan BDU Filologiya 3-cü kurs tələbəsi Məmmədova İlkanə uşaqlara Cavid həyatı, amalı haqqında məlumat verərək “haqq aşiqi”nin dəryaya bənzər yaradıcılığından bir damlanı onlara verməyə çalışdı.