Hörmətli Code akademy ailəsi və rəhbərliyi!
Sosial dəyərlər üçün fəaliyyət göstərən Cığır MDİD İB-nə güvənərək, həssas qrup nümayəndələri arasında sosial məsuliyyəti ilə seçilən gənclərə göstərdiyiniz dəyər təqdirəlayiqdir.
Mənəvi olaraq himayə etdiyimiz , komanda üzvümüz Nasxanım Musayevanın sosial məsuliyyətini icra etməsi yolunda verdiyiniz təhsil üçün sizə xüsusi təşəkkür edirik!
Eyni zamanda könüllülümüz Nasxanıma da təşəkkür edirik ki, müsabiqədə 3-cü yeri qazanması ilə dəyər və məsuliyyət nümayiş etdirmişdir.
Yaxşılara bərabər yaxşılığa dəstək yolunda atdığımız addımların daha neçə sosial zəkası olan gəncin həyatına mayak olacağına inanırıq. Və sizə də sosial faydalılıq istiqamətində hər zaman öndə getməyi arzulayırıq.
