Yay tətilini səmərəli keçirmək üçün “Cığır” yeni bir cığır açdı. Gənc nəfəslər “Kitab ətri” layihəsi ilə rayon və kəndlərimizə səfər etdilər. İsmayıllı əmanətlərimizlə gənc ruhlar əl-ələ dünya ədəbiyyatı səhifələrinin arasında dolaşdı. “Günümüzün həqiqi universitetləri kitabxanalardır” deyən gənclər əmanətlərimizi kitablarla ən yaxşı dost olmağa səslədi.