“Cığır” MDİD İB-nin nəzdində fəaliyyət göstərən “İnşirah” psixologiya mərkəzinin psixoloq könüllüləri ilə əmanət uşaqlarımızın növbəti görüşü keçirildi. Əmanətlərlə həm komanda ruhunu gücləndirmək, həm də yeni biliklər qazanmaq məqsədilə oyunlar oynadıq. Tədbir zamanı himayəçilərimizin əmanətləri də ailələrimizə çatdırıldı. Gülüş və söhbətlərlə dolu olan bu gün, aramızda sıx bağların qurulmasına və unudulmaz xatirələrin yaranmasına səbəb oldu.
