Yay bir çox önəmli layihələrimizlə yadda qaldı. Amma Cığır’ın hər zaman nəzərində olan, uşaqlarımızla mütəmadi görüşləri əks etdirən proqramı bir ayrı özəlliyə və yerə malikdir. Bu o layihədir ki, könüllülər əmanət uşaqları bir daha və bir daha kəşf edir, düşündürür, fikir yürütməyi öyrədir. Könüllü psixoloqların təşkil etdiyi “Ayna”, “Xəzinə” kimi oyunlar uşaqların dərin qatlarından dəyərlərinə toxunur, onlara müşahidə, təfəkkür toxumları səpələyir.
Qeyd edək ki, proqrama xüsusi proqram əsasında Xəzər universitetinin məzunları Aydan Məcidova, Məleykə Müslümzadə moderatorluq edərək, xarici könüllülərimiz də qatılaraq uşaqların yayına əlvan rənglər qatdılar. Tədbirin həyata keçirilməsində dəstək olan xeyriyyəçilərimizə təşəkkürümüzü çatdırırıq.
