“Elm ümmandır” təhsil təqaüdü proqramına dəstək göstərən layihələr- Rəngahəng və Perspekiv.

“Elm ümmandır” təhsil təqaüdü proqramına dəstək göstərən layihələr- Rəngahəng və Perspekiv.

“Cığır” MDİD İB olaraq son bir il ərzində yüzə yaxın sərgidə iştirak etmişik. Sosial sahibkarlıq layihələrimizdən olan “Rəngahəng” (könüllü rəssamlar tərəfindən şüşə, saxsı, taxta, daş və s. materiallar üzərində hazırlanan məhsullar), “Perspektiv” (“Maidə” tekstil tərəfindən hazırlanan və könüllü rəssamların incə zövqlə boyadığı eko çantalar) məhsullarının satışından gələn gəlir və xeyirsevər insanlardan toplanan ianələrlə “Elm ümmandır” layihəsi çərçivəsində əmanətlərimizin təhsil təqaüdünü qarşılamışıq. Digər məhsullarımızdan gələn gəlirlər isə ayrı-ayrı layihələrimizin icrasına yönəlib. Sərgi təşkilatçıları kooperativ sosial məsuliyyəti icra etmək üçün bizə öz tədbirlərində yer ayırmaqla dəstək olublar. Hətta sərgilərin bir çoxunda sosial tərəfdaş olmuşuq. Sərgilərdə bizə şərait yaradan hər kəsə minnətdarlığımızı bildiririk.