Birliyimizin həmtəsisçisi, BDU Psixologiya müəllimi Gülnar Rüstəmova tərəfindən “Zoom” onlayn tətbiqi ilə keçirən görüşlərin əsas məqsədi yeniyetmə abituriyentlərin ali məktəbə fiziki və emosional hazırlığına dəstək, eyni zamanda onların sağlam ali həyat məqsədlərinin formalaşmasına töhfə verməkdir.
Bu həftədən etibarən Birliyimizin aktiv könüllü gəncləri də görüşlərə qatılmağa başladılar. Gənclərimiz abituriyentlərlə yaxından tanış olaraq ali məktəbə hazırlıq dönəmləri, tələbəlik illəri, sosial və könüllülük fəaliyyətləri haqqında məlumatlarını bölüşdülər. Dəyərli gənclərimiz İmdad Kərimli və Cəmilə Əskərovaya təqdimatlarına və abituriyent dostlarımıza göstərdikləri diqqətə görə təşəkkür edirik.