“Cığır” MDİD İctimai Birliyinin “Şəhid Qolu”ilk Sosial Sahibkarlıq Restoranı olan “Düşbərə Evi” ndə ŞƏHİD ailələrinə ziyafət təşkil etdi. Azərbaycanın igid övladlarından, onların bizə bəxş etdiyi şərəfli yoldan və ölməz qəhrəmanlıqlarından danışıldı.
Şəhidlərimiz Tofiq Kərimov, Sahib Məmmədov, Qərib Bəxşəliyev, Abas Əliyev və Taleh İsmayılovun həyat yoldaşları – Süsən xanım, Gülnar xanım, Gülnarə xanım, Əfsanə xanım və Gülay xanım səmimi və isti bir ailə mühitində ilk görüşlərimizi xatırladılar. Bu qəhrəmanların şanlı həyat yolları və bizə əmanət etdikləri övladları haqqında dərin duyğularla söhbətlər edildi.
Görüşün sonunda bu günün unudulmaz xatirəsi olaraq, uşaqlara sadiq dost və yol – yoldaşı olacaq kitablar və səccadələr, şəhid xanımlarımıza isə Qurani-Kərim və şallar hədiyyə edildi.
Tədbirin həyata keçməsində “Şəhid Qolu” layihəsinə dəstək göstərən xeyirxah insanlara dərin təşəkkürümüzü bildiririk.
