8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq “Cığır” MDİD İB “Zoom” platformasl üzərindən şəhid ailələri ilə görüș keçirdi. Görüşdə çox duyğulu və qürurverici anlar yaşandı. Şəhid polkovnik – leytenant Qərib Baxşəliyevin həyat yoldaşı Gülnarə Baxşəliyeva, “Murov qartalı” Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova, Daxili Qoşunların baş çavuşu, şəhid Sahib Məmmədovun ömür-gün yoldașı Gülnar Məmmədova, XTQ şəhidi Balazadə Abdullayevin xanımı Ramilə Abdullayeva və digərləri çıxıș edərək bildirdilər ki, qəhrəman oğulların xanımi olmaq başqa bir fəxarətdir. “Cığır” MDİD İB – nin təsisçisi Yeganə Mirzəyeva da Çıxışinda qeyd etdi ki, şəhidlər vətənə, millətə öz canlarını fəda etdikləri kimi, onların vətənə əmanət qoyub getdikləri xanımları da öz mallarını fəda etməklə yarışırlar. Mərd oğulların mərd xanımları öz əmanətlərini layiqincə böyütməklə yanaşı hələ xeyriyyə işlərində də öndə gedirlər. Biz onlara borcluyuq. Allah șəhidlərimizə rəhmət etsin! Qazilərimizi və ordumuzu qorusun!