Görüş zamanı Sosial sahibkarlıq və onun cəmiyyətdə rolu mövzusu müzakirə olundu. Təlim zamanı iştirakçıların qazandıqları bilik və bacarıqlar,sosial sahibkarlıq layihələrində könüllülük fəaliyyətinin rolu haqqında danışıldı.Sosial sahibkarlıq layihələri üzrə uğur qazanan könüllülərimiz görüşdə öz hisslərini bölüşdü. Həmçinin, layihə çərçivəsində həyata keçirilən “Sosial bazar”, onun faydaları və könüllülərin fəaliyyəti barəsində də məlumat verildi.
