26.01.2025 il tarixində “Cığir” MDİD İB yeni əmanətlərə ümid niyyəti ilə növbəti himayə konfransını keçirdi. Gənc könülliü tələbələr tərəfindən qurulmuş ssenari əmanət ailələrin qapısını açıb himayəçilərə onların işığını çatdırmaq ideyası əsasında təşkil olunmuşdu. Vaxtilə əmanət olan tələbələr ən incə məqamları vurğulayaraq çox gözəl video təqdimat hazırlamışdılar. Maraqlı məqamlardan biri də artıq neçə illərdir ki,himayəçilik edən xeyirsevərləri dəvət etmələri və bu yüksək və șərəfli himayəçi məqamını işıqlandırmaları oldu. Hər kəsin qəlbinə toxunan açar dualar tədbirin sonuna özəl rəng qatdı. Tədbirin təşkili üçün “Cığır” könüllü komandasına təşəkkürümüzü bildiririk və qəlbi ata himayəsindən məhrum ușaqlara işıq olmaq niyyəti ilə konfransa qatlan hər iştirakçıya duaçıyıq.