“Cığır” MDİD İB-nin mütəmadi olaraq analarla keçirdiyi zoom görüşləri davam etməkdədir.

“Cığır” MDİD İB-nin mütəmadi olaraq analarla keçirdiyi zoom görüşləri davam etməkdədir.

Qeyd etmək istəyirik ki, görüşlərdə Birliyin sədri Nüşabə Hüseynova anaların mənəvi cəhətdən dirçəlmələrinə dəstək olmaq məqsədilə müxtəlif istiqamətlərdə faydalı söhbətlər edir. Həmçinin, “sənətsəl tətbiq” vasitəsilə onların öz daxili dünyalarını kəşf etmələrinə və bununla da duyğularının ifadə olunmasına dəstək olur.

Bununla yanaşı, AR ETN akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi, c.ü.f.d., Birliyimizin idarə heyətinin üzvü Sevinc Məmiyeva analarımızla kitab mütaliəsi edib onların düşüncə dünyasını zənginləşdirərək, həyat və cəmiyyətə dair yeni baxışlar qazanmalarına yardım edir.