“Cığır” İctimai Birliyində Ramazan ayından sonra əmanət analarla ilk görüşümüz baş tutdu. Yenidən görüşmək, hal-əhval tutmaq, ürək sözlərimizi bölüşmək çox gözəl hiss idi. Analara hədiyyə olunan Quranı-Kərimdən xeyirxahlıq və mərhəmətə dair ayələr oxundu, dualar etdik.Bu görüş həm mənəvi ruh yüksəkliyi yaratdı, həm də gələcək planlarımızı müzakirə etmək üçün bir fürsət oldu. Söhbət əsnasında bir sıra vacib mövzulara toxunduq: Sosial bazar layihəsinin daha da genişləndirilməsi,“Düşbərə Evi” layihəsinin təşkili, əmanət anaların bu prosesə necə cəlb olunması, “Cığır”İB-də toplanan üzvlük haqlarının istifadəsi, hər gün mərkəzimizə gələn yeməklərin təşkili məsələləri müzakirə olundu. Bu yığıncağın əsas məqsədi Ramazanda başladığımız paylaşma və dəstək yolunu davam etdirmək, əmanət analarımızın sosial, iqtisadi baxımdan yararlanması, daha fəal və təşəbbüskar olmalarına dəstək olmaq idi. Sonda isə bir daha anladıq ki, birlikdə bol bərəkət var.
