“Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi olaraq könüllü komandamızla birlikdə ölkəmizin müxtəlif bölgələrində yaşayan əmanətlərimizin görüşünə yollandıq.
Bu dəfə Hacıqabul, Şirvan, Biləsuvar, Cəlilabad, Astara, Masallı və Yardımlı rayonlarına səfər etdik. Səfərin əsas məqsədi əmanətlərimizin ailələrinə mənəvi və maddi dəstək göstərmək, onlarla sıx əlaqələr qurmaq idi.
Astara rayonunda tədbir proqramı keçirərək əmanətlərimizlə birlikdə maarifləndirici oyunlar oynayıb, masterklasslar keçirdik.
Birliyimizin sədri Nüşabə Hüseynova isə analarla xüsusi görüşlər keçirərək, onlarla səmimi söhbətlər apardı.
Qeyd etmək istəyirik ki, səfər zamanı ailələrimizə himayəçilərin əmanətləri də çatdırılmışdır.
