“Cığır” İB gəncləri II Şəhidlər Xiyabanına ziyarət etdi.

“Cığır” İB gəncləri II Şəhidlər Xiyabanına ziyarət etdi.

“Cığır” İB gənclərimizin yüksək insani və vətənpərvərlik ruhunda irəliləmələri naminə 7.12.2024-cü il tarixində II Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan Qazaxıstan vətəndaşı Barımbetov Erbolun məzarını ziyarət edib.
Şəhidimizin cəbhə yoldaşları və yüksək rütbəli komanda başçıları ilə görüşüb tariximizin canlı şahidlərinin qürurverici hekayələrini dinlədik.
Şəhid Erbolun məzarını tapıb ailəsi ilə bağlar quran, ona kitab həsr edən, Cığır ailəsinin səmimi dostu, akademik Nasixa xanıma Qazaxstan – Azərbaycan dostluq körpüsünün möhkəmlənməsi üçün səylərinə görə, biz də təşəkkürümüzü bildiririk.
Cığırın şəhid ailələri və əmanətləri ilə fəaliyyəti, qeydiyyatımızda olan tələbə əmanətlərin şəhidimiz Erbol və minlərlə igid oğullarımız kimi sülhsevər, insanpərvər yetişməsi dualarımızdadır.

ır.