Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 yanvar 2024-cü il tarixli sərəncamına əsasən Azərbaycan şairi və mütəffəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsinə töhfə vermək və ustad şairimizin şeir, sənət dünyasına səyahətlə eşq, iman, mərifət, mədəniyyət məfhumlarının sirrinə bərabər vaqif olmaq adına Dəvət-i Füzuli məclisi ilə Füzuli sevərlərin görüşünə gəldik.
Sizi də Füzuli aşiqlərinin moderatorluğu ilə hər həftənin çərşənbə axşamı saat 20:00-da “Kitab bağı” kafemizdə keçirilən məclisdə mənəvi aləminizin sehrinə bərabər yolçuluğa səsləyirik!