“Cığır” himayəsində abituriyentlərimizin tələbə adını qeyd edirik!

“Cığır” himayəsində abituriyentlərimizin tələbə adını qeyd edirik!

Bu gün sevinc, qürur, təşəkkür anımız!
Məzh sizlərlə bu uğuru qazandıq, sizlərlə neçə-neçə “Cığır” himayəsində abituriyentlərimizin tələbə adını qeyd edirik!
Qutabdan kitaba @qutabdankitaba layihəsində analarımızla çiyin-çiyin çalışan könüllülərimiz və hər bir vətəndaşımızın qatqısıyla, Rəngahəng, Perspektiv eko çantaların @rengahengvitraj @perspektivecobag “Elm ümmandır” təhsil təqaüdünə ayırdığı qazancıyla, xeyriyyəçilərimizin himayələri ilə budur, neçə ümid yelkən açdı, həyatının yeni təhsil mərhələsinə qədəm qoydu.
Bərabər bacardıq, inanırıq ki, anaların xeyir-duası, tələbələrimizin gələcək nailiyyətləri ilə ən çox qazanan ölkəmizin gələcəyi olacaq.

Mərhəmət olan yerdə ümidlər çiçək açar. Başqasının övladını düşünən hər birinizi təbrik edir, tələbə olan gənclərimiz adından təşəkkürümüzü bildiririk!