“Oxumaq mənəvi dirçəlişin başlanğıcıdır”!.. “Cığır” MDİD İctimai Birliyi olaraq hər həftə əmanət analarla maarifləndirici və ruhlandırıcı görüşlər keçirməyə davam edirik. Bu həftə də Zoom platforması üzərindən “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsi ilə bağlı görüş keçirildi. Görüşdə Birliyimizin təsisçisi, fil.ü.f.d Yeganə Mirzəyeva oxu mədəniyyətinin əhəmiyyətindən bəhs etdi. O, kitabın insanın daxili aləmini zənginləşdirən, düşüncə və hiss dünyasını inkişaf etdirən bir vasitə olduğunu vurğuladı. Yeganə xanım qeyd etdi ki, oxuyan ana həm övladına örnək olar, həm də ailədə sağlam mənəvi mühitin təməlini qoyar. Tədbirdə iştirak edən bütün əmanət analara təşəkkürümüzü bildirir, bu layihənin onların həyatında dəyərli bir dəyişiklik yaradacağına inanırıq. Oxumaq təkcə bilik deyil, həm də həyat eşqidir. Biz də bu yolda bir yerdəyik.
