Bu gün “Salam Yurdu”nda təhsil alan əmanətlərimizlə birlikdə maraqlı və mənalı bir gün keçirdik. Tətil müddətində şagirdlərimizlə görüşmək, onların yaradıcılığını dəstəkləmək və fikirlərini ifadə etmələri üçün ekoçanta üzərində master-klas təşkil etdik.
Əmanətlərimiz bir araya gələrək öz dünyalarını, duyğularını və ideyalarını rənglər və rəsmlər vasitəsilə ekoçantalar üzərində əks etdirdilər. Onların gözlərindəki sevinc, yaradıcılıqlarını sərbəst ifadə etmələrinin verdiyi xoşbəxtlik bizi də ruhlandırdı.
Tədbirin sonunda hər bir əmanətimiz öz əlləri ilə hazırladığı ekoçantanı hədiyyə olaraq qəbul etdi. Onların sevincini görmək, bu gözəl anların şahidi olmaq bizim üçün ən böyük mükafat oldu.
Bu gün əmanətlərimizə sevinc bəxş etdiyimiz üçün sonsuz xoşbəxtik!
Bu gözəl təşəbbüsün həyata keçməsində göstərdiyi dəstəyə görə “Perspektiv”ə təşəkkürümüzü bildiririk!
