Bu gün bir süfrə arxasında yalnız yemək deyil, sevgi, şəfqət və mərhəmət də paylaşıldı.

Bu gün bir süfrə arxasında yalnız yemək deyil, sevgi, şəfqət və mərhəmət də paylaşıldı.

Himayəçilərin təşkilatçılığı ilə baş tutan bu möhtəşəm iftar süfrəsi əmanət uşaqlar, analar və könüllülər üçün unudulmaz bir günə çevrildi. İftara 29 əmanət uşaq, 15 ana və 17 könüllü qatıldı. Amma bu sadəcə rəqəmlər deyildi , bu, 29 sevinc dolu uşaq təbəssümü, 1 5 ana duası və 17 könüllünün könüldən gələn sevgisi idi.

İftar öncəsi uşaqlar üçün xüsusi bir hədiyyə hazırlanmışdı, xeyirxahlıq və insanpərvərlik haqqında möhtəşəm bir nağıl. Balaca ürəklər bu nağılı maraqla izlədilər, duyğulandılar, düşündülər. Nağıl bitdikdən sonra isə onların gözlərində təkcə sevinc yox, həm də anlayıș parltıs vardı. Onlar öz düșüncələrini bölüşdülər, nağıldan öyrəndikləri dəyərlər haqqinda danışdılar.

İftara dəvət olunmuş analar isə günə xüsusi bir master-klasla bașladtlar. Onlar əlləri ilə ekoçantalar üzərində gözəl sənət əsərləri yaratdılar. Hər bir firça zərrəsində anaların içindəki sevgi, ümid və dualar vardı. Master-klas bitdikdən sonra onlar iftar süfrəsinə doğru yollandılar. Burada süfrə arxasında bir araya gəlib dualar etdilər, qəlbləri isa sonsuz minnətdarlıą hissi ilə dolu idi.

Bu gün də təkcə himayəmizdə olan ailələrlə deyil, iftar zamanı küçədə olan insanlar da bu xeyirxahlıq süfrəsinin bir parçasına çevrildi. Küçədə qarşılaşdığımız insanlara iftar süfrəsinə qoşulmaq təklif edildi. Onlarin gözlərindəki təəccüb, sonra isə sevinc və minnətdarlıq hissi unudulmaz idi.

iftar bitdikdən sonra uşaqlara gözəl hədiyyələr təqdim olundu. Hər biri üçün şirniyyat qutusu, kitab dəsti və səccadə hazırlanmışdı. Analara Quran və könüllü xanımların hazırladıqları düşbərə, dolma satışı ilə əldə etdiyi pullara isə “Mülk” mağazasından xüsusi geyim dəsti hədiyyə edildi. Bu hədiyyələr vasitəsilə əmanətlərimizə,analara təkcə maddi deyil, həm də mənəvi cəhətdən dəstək olmağa çalışırıq. Ailələrimizə və əmanət uşaqlara gözəl hədiyyə qutuları təqdim etdiyi üçün Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinə ailələrin dualarını çatdırıriq və minnətdarlığımızı bildiririk.