Bu dəfə də “Cığır” komandamız Şəki, Şamaxı, İsmayillı, Oğuz və Ağdaş rayonlarında oldu. 8-10 noyabr tarixlərində bu rayonlarda yaşayan əmanətlərimizlə görüşlər keçirildi. Onlarla maraqlı, əyləncəli, intellektual oyunlar təşkil edildi. Birliyimizin sədri Nüşabə Hüseynova analarla “sənətsəl tətbiq” vasitəsilə duyğularının ifadə olunması istiqamətində söhbətlər etdi.
Səfər zamanı Əmanətlərimizə “Xoşbəxt addımların səbəbkarı olaq” layihəsi çərçivəsində ayaqqabılar,analarımıza geyimlər hədiyyə olundu. Xeyirsevər himayəçilərin əmanətlərini ailələrimizə çatdırdıq. Həmçinin, səfər əsnasında yeni ailələrə ev ziyarəti də olundu.
Növbəti səfərlərdə görüşənədək…