Bu dəfə iftar süfrəsində Qəbələdəki əmanətlərimizlə bir yerdəyik.

Bu dəfə iftar süfrəsində Qəbələdəki əmanətlərimizlə bir yerdəyik.

22 mart 2025-ci il tarixində Qəbələ rayonunda “Cığır” İB tərəfindən əmanət ailələr üçün xeyriyyəçilərin dəstəyi ilə unudulmaz bir Ramazan iftarı təşkil olundu. Bu tədbir yalnız bir süfrə deyil, könüllərin, duaların və ümidlərin birləşdiyi bir məkan oldu. Ailələr və ușaqlar üçün sevgi dolu, ruhlandricı anlar yașandı.
Tadbirimizda 19 amanat uşaq, 11 ana, 19 könüllü və 4 texniki heyət üzvü iştirak etdi. İftar süfrəsindən əvvəl əmanət uşaqlarla gənc könüllülər arasında intellektual oyun keçirildi, Ramazan dəyərlərinə həsr olunmuş səhnəcik nümayiş etdirildi. Bu dəfə səhnəcikdə Yusif peyğəmbərlə qardașlarının ibrətamiz hekayəsində olan önəmli dəyərləri çatdırmağa çalışdıq.

Analarımız üçün xüsusi bir mənəvi təcrübə təqdim edildi:
ekoçantalar üzərində master-klas təșkil olundu, onların duyğuları və düşüncələri çantalar üzərinə əks olundu. Daha sonra analara        Qurani-Kərim və Yeganə lbrahimin “Məktub var..” kitabı hədiyyəedildi. Biz analarımıza bu iki dəyərli kitabı təqdim edərək, onların qəlblərində və ailələrində maarifin, bilik vƏ hikmətin daha da artmasına kiçik bir töhfə vermək istədik.

İftar süfrəsi başa çatdıqdan sonra uşaqlara şirniyyat qutuları, kitab dəstləri və səccadələr təqdim olundu. Himayəçilərimizin əmanətləri ailələrimizə çatdırıldı. Tədbirin keçirilməsi üçün məkan dəstəyində köməklik göstərdiyinə görə intellektual İnkişaf Naminə ictimai Birliyinə, tədbirin ərsəyə gəlməsində isə xeyriyyəçilərimizə və bütün komanda heyətinə dərin minnətdarlığımızı bildiririk!