Bu dəfə əmanətlərimizlə yenidən görüşmək üçün rayonlara səfər etdik.

Bu dəfə əmanətlərimizlə yenidən görüşmək üçün rayonlara səfər etdik.

Bu dəfə əmanətlərimizlə yenidən görüşmək üçün rayonlara səfər etdik. 12 apreldə Şirvanda, 13 apreldə isə Astarada olan ailələrimizlə tədbir proqramı keçirildi. Həmişəki kimi görüşümüzün onlarda xoş təəssüratlar buraxması üçün özəl proqram hazırlamışdıq. Həm uşaqlarımızla sevdikləri oyunları oynadıq, həm də dəyərlərimizi aşılamaq üçün bərabər oxuduq, interaktiv tamaşa qurduq, müzakirələr apardıq. Səfər çərçivəsində himayəçilərimizin əmanətlərini və sevgisini ailələrə çatdırdıq. Həmçinin Hacıqabul, Salyan, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran bölgələrində yaşayan ailələrimizin evlərinə baş çəkdik, maddi-mənəvi vəziyyətləri ilə yaxından maraqlandıq. Arxa planda əməyi keçən, dəstək olan xeyirsevərlərin neçə insanın həyatına ümid daşıdığına, şükürlərinə səbəb olduqlarına şahid olduq. Şirvan, Salyan, Neftçala və Biləsuvar rayonlarında yeni qeydiyyata düşən ailələrimizi də ziyarət etdik. Ehtiyaclarını qeydə aldıq , hər biri ilə səmimi bağ qurduq və böyük ailəmizi daha da genişləndirdik. Səfərimiz, eşitdiyimiz həyat hekayələri fəaliyyətimizin məsuliyyətinin ağırlığını, həssaslığını və dəyərini daha dərindən hiss etdirdi. Bu məsuliyyətli yolda bizimlə bərabər addımlayan hər birinizə onların sevgisini və duasını gətirdik.