Bu dəfə “Düşbərə evi” “İdrak” liseyinin kollektivini qarşıladı

Bu dəfə “Düşbərə evi” “İdrak” liseyinin kollektivini qarşıladı

Sevindirici haldır ki, sosial sahibkarlıq müəssisələrimizdə masterklasların keçirilməsi artıq ənənəyə çevrilmişdir. Mütəmadi olaraq təhsil müəssisələrinin müəllim və şagird heyəti qonağımız olaraq sosial sahibkarlıq layihələrimizin iştirakçısına çevrilirlər.
Bu dəfə “Düşbərə evi” “İdrak” liseyinin kollektivini qarşıladı, işçimiz Rəna xanımın təqdimatında şagirdlərə düşbərə, gürzə bükümü masterklası həyata keçirildi, bükmənin əl toxunuşu ilə incə sirləri və məqamları ustalıqla göstərildi.
Daha sonra ünsiyyətimiz süfrə arxasında Yeganə Mirzə və könüllərimizlə maarifləndirici söhbətlər əsnasında davam etdi.
Kollektiv isə öz növbəsində 30 məktəbli çantası və dərs ləvazimatlarını birliyimizə hədiyyə gətirərək balalarımızın təhsil həyatına atılmalarını bu şəkildə təbrik etdilər.
Əməkdaşlıq, şagirdlərə ötürülən bu cür ali dəyər, şagirdlərin hərtərəfli yetişməsində göstərdikləri xidmətə görə biz də öz adımızdan məktəb rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü bildiririk!