Birliyimizin icraçı direktoru Günel Babayeva “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” nda iştirak etdi.

Birliyimizin icraçı direktoru Günel Babayeva “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” nda iştirak etdi.

 

18-19 oktyabr tarixlərində Şuşada QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” həyata keçirildi. Birliyimizin icraçı direktoru Günel Babayeva da qeyd olunan proqramda iştirak edib.
Açılış tədbiri ilə başlayan iki günlük proqramda iştirakçılara layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda bilik və bacarıqların artırılması istiqamətində təlimlər keçirilmişdir. Proqramın bağlanış tədbirində təlimi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd etmək istəyirik ki, səfər zamanı proqram iştirakçıları üçün Şuşada yerləşən Cıdır düzünə, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinəŞuşa qalasına gəzinti təşkil olunub.
Proqramın təşkili üçün Agentliyin rəhbər ve işçi heyətinə, proqram təlimçilərinə təşəkkür edirik.