Birlik olaraq 2025-ci il oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun rəsmi açılış mərasimində iştirak etdik.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması uğrunda həyatlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib. Daha sonra xalq artisti Fəxrəddin Manafovun ifasında “Şəhidə məktub” videoçarxı nümayiş olunub.

Forumda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi olan Elçin Yusubov,
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və digər rəsmi nümayəndələr iştirak edib.
Forum 4 panelə bölünərək davam etdirilib.
Panellərdə “Türkman irsi: tarixi köklərə sədaqət”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, “Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər”, “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” mövzularında müzakirələr edilib.
Daha sonra Forum iştirakçılarının Prezident İlham Əliyevə müraciəti səsləndirilib.
Sonda iştirakçılara hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib. Forum bədii hissə ilə başa çatdırılıb.