Gəlişin məqsədi onlara Din tarixi fənnini tədris edən, BDU-nun “İslamşünaslıq” Elmi-Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.dok. Yeganə Mirzəyevanın təsisçiliyi ilə yaranmış birliyin Quran kəlamlarına uyğun mənəvi dəyərlərin təbliği, yaxşılığa, xeyriyyəçilik, sosial sahibkarlıq fəaliyyəti ilə əyani tanışlıq idi.
Tələbələr mərkəzimizi gəzərək sosial sahibkarlıq layihələrimizlə, eləcə də təlim-tədris mərkəzimizlə tanış oldular. Görüş xoş təəssüratlarla yadda qaldı.