Bakı şəhəri, Sabunçu rayonu 130 nömrəli tam orta məktəbdə keçirilən “Qızların Şəxsi İnkişafı” layihəsi çərçivəsində “Cığır” İctimai Birliyinin könüllüləri təlimdə iştirak etdilər.

Bakı şəhəri, Sabunçu rayonu 130 nömrəli tam orta məktəbdə keçirilən “Qızların Şəxsi İnkişafı” layihəsi çərçivəsində “Cığır” İctimai Birliyinin könüllüləri təlimdə iştirak etdilər.

Bakı şəhəri, Sabunçu rayonu 130 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant müsabiqəsi”nin qalibi olan- “Qızların Şəxsi İnkişafı” adlı layihəsi çərçivəsində həyata keçirilən bugünkü təlimdə “Cığır” MDİD İctimai Birliyinin könüllüləri də iştirak etdilər .Tədbir zamanı məktəbin VIII və IX sinif qız şagirdlərinə “Amber- Soap” SSL-in təşkilatçılığı ilə sabun hazırlığı üzrə maraqlı və interaktiv bir master-klas keçirildi.”Cığır” İctimai Birliyinin sədri Nüşabə Hüseynova və Birliyin layihəsinin rəhbəri Nərmin Əliyeva şagirdlərə “Cığır” İB-də keçirilən sosial sahibkarlıq layihələri haqqında ətraflı məlumat verdilər. Sonda isə Birliyin fəaliyyəti ilə bağlı videomaterial nümayiş olundu. Şagirdlər könüllülərlə birgə maraqlı gün keçirdilər, həm də yeni bacarıqlar qazandılar. Gün ərzində baş tutan fəaliyyətlər qızların şəxsi inkişafına dəstək məqsədilə təşkil olunmuş bu layihənin nə qədər vacib və dəyərli olduğunu bir daha nümayiş etdirdi. Tədbirdə iştirakımızı təmin etdiyi üçün 130 nömrəli məktəbin rəhbərliyinə və kimya müəlliməsi- Nazlıxanım Rzayevaya təşəkkürümüzü bildiririk.