Bakı bu yay da öz sevimli qonaqlarını sevgiylə salamlayır
“Bakı, qonağımız var” rayon uşaqlarımızın gəlişiylə isti yay günlərində özüylə yeni həyəcan ,sevinc gətirir
Sevgiylə açılan süfrələr, bu süfrələrdəki hər nemət özəl olaraq hazırlanaraq ikram edilir.
3 gün həm dolu -dolu yaşanır, həm də haradan gəlib bitdiyini bilmədən xoş anlarla yadda qalır.
Könüllülərimizlə futbol, Planetariumda ulduzlar aləminə səyahət, elə Bakının özünü açıq avtobusla gəzinti uşaqların xatirələrində gözəl cığırlar açır, onları sanki tanımadıqları bir dünyayla tanış edir.
Mərkəzimizlə tanışlıq, könüllülərimizin diqqəti, “Bağbanın bağçası” , “Kitab bağı” komandası, “Mülk” sosial sahibkarlıq mağazasının hər bir uşağa təqdim etdiyi hədiyyə kuponları bu sevinci fərəhlə tamamlayır.
Növbədə könüllülərimizlə ünsiyyət vəə pizza masterklasımız var. Öz barmaqları ilə toxunduqları xəmirin dadından daha gözəl nə olsun.
Hələ küləklər şəhərini bir də velosipedlərlə sürət içində hiss etmək..Bu əsl sevincdir, bizə də bu sevincin bir parçası olmaq nəsibdir.
“Suraxanı” gəmi muzeyi balalarımızın yolunu gözləyir, əsl kapitan kimi uşaqlarımızı qarşılayır, bəlkə də, bir uşağın içindən gizli dənizçi olmaq arzusunun xəyalı gerçəkləşir.
“Təbiət tarixi” muzeyində söhbətlər, məsciddə edilən dualar, “Qız qalası”nda şəhəri fərqli rakursdan görmək duyğularımızın ən incə nöqtələrinə toxunur və bu sahədə birliyin sədri, könüllü komanda və arxa pərdədə səfərbər olan insanlar bu gözəlliklərin yaradıcısına çevrilir.
“Milli book kafe”də Yeganə İbrahimlə unudulmaz doyumsuz söhbətlər, dəniz sahilində ən gözəl anlar, “Düşbərə evi”ndə maraqlı film saatı, məhz həssas qrup uşaqlarımız və onların gələcək təhsil həyatına xidmət edən bu gözəl məkanın özəl ikramı balalarımıza ən xoş arzu və niyyətlərlə layihəmiz sonlandırılır. Amma bu, inanırıq ki, son deyil, yeni- yeni dostluqların, xeyrin və gözəlliyin başlanğıcıdır.
3 günə nə çox gözəlliklər sığdırmaq mümkündür deyib bizə bu layihədə dəstək olan hər bir xeyirsevərə, Bakımızın layihədə iştirak edən hər bir iaşə mərkəzinə sonsuz təşəkkürümüzü çatdırırıq
