Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC, “KOICA” və “KOAZ”-ın birgə təşkil etdiyi xeyriyyə tədbirində qonaq olduq.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC, “KOICA” və “KOAZ”-ın birgə təşkil etdiyi xeyriyyə tədbirində qonaq olduq.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC, “KOICA” və “KOAZ”-ın birgə təşkil etdiyi xeyriyyə tədbirində əmanətlərimizlə qonaq olduq. Hər iki şirkətin yerli və xarici əməkdaşları “Cığır” İB-nin himayəsində olan 70 əmanətimiz ilə “Dastan Kids Club”-da nahar etdilər. “Gənc Cığır” və “Üfüqə doğru” könüllü əmanətlər komandası və “Özünü kəşf et” rəsm dərnəyinin üzvlərinin əl işləri, rəsm tabloları sərgisi ideya müəllliflərinin istirakı ilə nümayiş olundu. “Cığır” MDİD İB-nin əmanətlərlə yaradıcı istiqamətdə apardığı işlərdən təsirlənən qonaqlar heyrət və təəcüblərini gizlədə bilmədilər. Əmanətlərdən ibarət “Diriliş” pantomim truppamızın “Almaz”“Hədiyyə” tamaşasına qonaqların “möhtəşəmsiniz!” nidaları onlara fəaliyyətimizlə daha yaxın tanış olmaq üçün stimul verdi. Uşaqlar üçün əyləncəli proqram təşkil edən qonaqlar öz xoşbəxtliklərini onlara qoşulmaqla dilə gətirdilər. Daha sonra yerli və xarici qonaqlarımızla birlikdə Binə Atçılıq Mərkəzində çay süfrəsində qonaq olduq. Əmanətlərimiz ilk dəfə ata minmək həyacanını yaşayarkən, qonaqlarımız uşaqları xoşbəxt etmək həyacanını yaşayırdılar. Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədar 70 əmanətə məktəb çantası və məktəbli ləvazimatları verildi. Kənd Təsərrüfat Nazirliyinə, “Aqrar Tədarük və Təchizat” ASC, “KOICA” və “KOAZ” rəhbərliyi və əməkdaşlarına əmanətlərə göstrədikləri bu diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk.