A. Rəhimov adına 247 saylı tam orta məktəbin 8b sinif şagirdləri müəllimləri Almaz Qurbanova ilə birgə mərkəzimizi ziyarət etdilər.
Gəlişin məqsədi STEAM fənni çərçivəsində tədris olunan “Sosial sahibkarlıq” dərsi üçün nəzəri və praktiki biliklərlə tanış olmaq idi.
Məktəblilər mərkəzimizi gəzərək sosial sahibkarlıq layihələrimiz və müəssisələrimizlə tanış oldular. Onlara bu fəaliyyətimiz barədə ətraflı məlumat verdik. “Cığır” İB-nin təsisçisi, həmçinin sosial sahibkarlıq fəaliyyətinin ideya müəllifi Yeganə Mirzəyeva bu sahənin yol xəritəsi haqqında məktəblilərə məlumat verdi. Şagirdlər “Kitab Bağı” sosial sahibkarlıq kafemizin qonağı oldular. Ziyarət məktəblilərin dərin marağına səbəb oldu.