Bayram sevinci yalnız Bakı ilə məhdudlaşmadı.

Bayram sevinci yalnız Bakı ilə məhdudlaşmadı.

Bayramın üçüncü günündə rayonlardakı əmanətlərimizlə bir arada olduq. Onlar üçün sevgi dolu, rəngarəng bir tədbir proqramı hazırladıq: səmimi səhnəciklər, əyləncəli oyunlar və xoş hədiyyələşmələr…

Bayramın ilk günlərində olduğu kimi, burada da paylaşmağın ən gözəl halına şahid olduq. Uşaqlar öz sevdiklərini uşaqlarla, analar isə dəyər verdikləri hədiyyələri digər analarla bölüşərək bayram ruhu yaşatdılar. Çünki bayram yalnız almaq deyil, könüldən vermək, bir qəlbdən digər qəlbə yol tapa bilməkdir.

Bu xüsusi gündə rayonlardakı əmanətlərimizə “Maidə” tekstil sosial sahibkarlıq layihəmizdən “Şirin yuxular” şüarı ilə yataq dəstləri də təqdim olundu.

Qəbələ rayonunda tədbirlərimizin keçirilməsində hər zaman məkan dəstəyi göstərən “İntellektual İnkişaf Naminə” İctimai Birliyinə və bu gözəlliyə vəsilə olan, bu cığıra işıq tutan bütün xeyirsevərlərimizə dərindən təşəkkürümüzü bildiririk!