7mart “Cəhalətdən cəmiyyətə” devizi altında Qadın liderləri zirvəsində qonaq olduq.

7mart “Cəhalətdən cəmiyyətə” devizi altında Qadın liderləri zirvəsində qonaq olduq.

7 mart “Cəhalətdən cəmiyyətə” devizi altında Facemarkın təşkilatçılığı ilə Gülüstan sarayında, Qadın liderləri zirvəsində qonaq olduq
Məğrur, işgüzar qadınların həyat hekayələrini, uğura gedən yolda rastlaşdıqları təcrübələrini dinlədik.
Azərbaycanın Everest zirvəsi fatehi- alpinist Vəfa Musayeva, Ali və Nino Kitab evinin qurucusu Nigar Köçərli, teleaparıcı Leyla Quliyeva və digər xanımların çıxışları maraqla qarşılandı.
3 paneldə davam edən tədbirin ən yaddaqalan hissəsi isə qonaqların fasilələrdə “Cığır” birliyinin layihələrinin həyata keçirilməsinə dəstək olan sosial sahibkarlıq məhsullarının təqdimatı, tanıtımı və satışı oldu.
Çox qürurlu haldır ki, Azərbaycan qadını yardımlaşma, paylaşma istiqamətində də sözünü deməyi bacarır.