“Yonca mağazasının dəstəyi ilə həssas qrup analar və uşaqlar üçün yaddaqalan yay kampları təşkil etdik.”

“Yonca mağazasının dəstəyi ilə həssas qrup analar və uşaqlar üçün yaddaqalan yay kampları təşkil etdik.”

Birlik olaraq hər zaman yay ayında himayəmizdə olan ata himayəsindən məhrum uşaqlar, onların anaları-həssas qrup analar və komanda heyətimizlə yay kamplarına önəm verir, təbiət qoynunda açıq hava təlimləri həyata keçirərək yay aylarını ən yaddaqalan şəkildə dəyərləndirməyə çalışırıq. Bu yolda “Yonca” alpinizm və dağ turizmi malları mağazası təmənnasız kirayə verdiyi kamp ləvazimatları, tend-çadırlarla təlimlərimizə maksimum mükəmməl şəraiti yaradaraq layihələrimizin həyata keçirilməsində ən böyük dəstəkçimiz oldu.
Sima Səfərovanın timsalında bütün komanda heyətinə ən dərin təşəkkürümüzü bildirir, ölkəmizdə dağçılıq, kampçılıq sahələrində “Yonca” nın özünəməxsus yerini daim qorumağı diləyirik.